Hadisə
Gəncədə dava qanla bitib.

Gəncədə yerləşən xəstəxanalardan birinə bədənin kəşisi deşici yaraları diaqnozu ilə bir nəfər daxil olub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə şəhər ərazisində 1995-ci il təvəllüdlü Əli Ələkbərov bıçaqlanıb.Otuz yaşlı kişi dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Ə.Ələkbərovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil. İlkin versiyaya görə o baş verən mübahisə nəticəsində yaranan dava zamanı xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu