Region
Gəncədə şagirdlər arasında baş verən davaya rəsmi münasibət bildirilib.

Gəncədə məktəblilər arasında baş verən dava ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AZERFAX.az –ın yerli bürosuna rəsmi açıqlama verilib. Bildirilib ki, Gəncə şəhər Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb:
“Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir” deyə açıqlamada bildirilir.
AZERFAX.az Qərb Bürosu