Hadisə
Tovuzda evdə yanğın olub – Foto

Tovuzda fərdi yaşayış evində yanğın baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Kənd sakini A.Mehdiyeva məxsus ümumi sahəsi 120 kvadratmetr olan fərdi evdə alovu söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının digər tikililərər keçiçirilməsinin qarşısı alınıb, yanğın söndürülüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
AZERFAX.az Qərb Bürosu


