Hadisə
Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb.

Şəmkirdə mübahisə qanla nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, Şəmkir şəhər sakini, 1993-cü il təvəllüdlü O. Quliyev bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin versiyaya görə Quliyevə münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim. Media-ya bildirdiyinə görə faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır:
“Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir” deyə E. Qasımov əlavə edib.
AZERFAX.az Qərb Bürosu