Hadisə

Türkiyədə ŞOK hadisə – Əməliyyatdan sonra öz dilini UNUDUB, başqa dildə DANIŞDI

Konyada əməliyyatdan sonra 67 yaşlı Rəhmi Kandemir türkcəni unudub və Danimarka dilində danışmağa başlayıb. Bu məsələ nadir hallardan hesab olunur.

AZERFAX.az xarici mətbuata istinadən xəbər verir ki, 20 il Danimarkada yaşadıqdan sonra 10 il əvvəl Konyaya köçən 7 uşaq atası 67 yaşlı Rəhmi Karademir ötən həftə Səlcuq Universiteti Tibb Fakültəsi Xəstəxanasının Ortopediya şöbəsində dizindən əməliyyat olunub.

Əməliyyatdan iki gün sonra sağ qolunda və ayağında qəfil güc itkisi (iflic) və nitq pozğunluğu yaranan Karademir təcili müayinəyə cəlb olunub.

Testlərdə Karademirin beyninin sol tərəfindəki iri venalardan birində laxtanın olduğu və venanın tıxandığı müəyyən edilib.

Təcili ez angioqrafiya aparılıb və laxtalanma təmizlənib. Prosedurdan sonra Karademirin şikayətləri böyük ölçüdə yox olub və o, Danimarkaca danışmağa başlayıb və bu, ətrafdakıları, xüsusən də həyat yoldaşını təəccübləndirib.

Türkcə danışa bilmədiyi üçün panikaya düşən Karademir illərdir istifadə etmədiyi bir dildə danışmağa başlayıb və bu, mütəxəssislərin diqqətini çəkib.

Səlcuq Universiteti Tibb Fakültəsi Xəstəxanası Nevrologiya Bölümü Akademik Üzvü Prof. Dr. Dr. Gökhan Özdemir də əməliyyatdan sonra təəccüblü bir vəziyyətlə qarşılaşdıqlarını ifadə edib. O, beyin damarlarının tıxanması və ya qanaması sonrasında birdən çox dil bilən insanlarda bəzi dillər unudulsa da, istifadə olunmayan dillərin yenidən ortaya çıxması hallarının ola biləcəyini qeyd edib. (Bizim.Media)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button