İdman
"Liverpul" yenidən çempion oldu

İngiltərə Premyer Liqasının XXXIV turunda “Liverpul” ölkə çempionluğunu rəsmiləşdirib.
AZERFAX.az xəbər verir ki, “Enfild”də “Tottenhem”i qəbul edən mersisaydlılar 5:1 hesabı ilə qalib gələrək sona 4 tur qalmış qızıl medalları təmin ediblər.
Bu nəticənin ardından xallarının sayını 82-yə çatdıran klub 20-ci dəfə çempionluq tituluna yiyələnib.