Hadisə
Gəncədə dava ölümlə nəticələnib.

Gəncədə mübahisə qanla nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Atatürk prospektində baş verib. Dava zamanı 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbov bədənlərinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata əsasən, onlardan biri, Eyyub Tağıyev ürək nahiyəsindən bıçaqlanıb. O dərhal əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
AZERFAX.az Qərb Bürosu