İqtisadiyyat
“Bitcoin”in qiyməti artıb – kriptovalyuta bazarında son göstəricilər

Aprelin 30-da kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb.
AZERFAX.az “Apa-Economics”-ə istinadən xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09: 35-də “CoinMarketCap” platformasında 0.66% bahalaşaraq 94 986 ABŞ dolları təşkil edib.
Son bir gündə “Ethereum”un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.48% artaraq 1804 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.86%, BNB isə 0.77% ucuzlaşıb.
Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
