Ölkə
Ermənistanda Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Karen Qriqoryan vəzifəsindən azad olunub.
AZERFAX.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan müvafiq sərəncam imzalayıb. Sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub.
Qərar baş nazirin təqdimatı əsasında və Ermənistanın qanunvericiliyinə uyğun qəbul edilib. Karen Qriqoryanın vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Qriqoryan 2024-cü il fevralın 14-dən Baş Qərargah rəisinin müavini vəzifəsini tutub. Bundan əvvəl o, mühəndis qoşunlarına rəhbərlik edib və Ermənistanın müdafiə xəttinin möhkəmləndirilməsi ilə məşğul olub.



