Dostu Kloppun “Real”la bağlı istəyini açıqladı

Yurgen Kloppun yaxın dostu Miroslav Tanjqa məşqçi barədə maraqlı açıqlamalar verib.
AZERFAX.AZ xəbər verir ki, o bildirib ki, Klopp təqaüdə çıxmazdan əvvəl həm “Real Madrid”, həm də Almaniya millisində işləmək istəyir. Miroslav Tanjqa AS qəzetinə açıqlamasında, “”Klopp “Liverpul”dan ayrılarkən mənə dedi ki, milli komandanın məşqçisi olmaq və “Real Madrid”in məşqçisi olmaq istəyir” – deyə bildirib.
Qeyd edək ki, Yurgen Klopp “Liverpul”dan ayrıldıqdan sonra “Red Bull” qrupunda Qlobal Futbol Rəhbəri vəzifəsində çalışır. Onun adı “Real”la hallansa da, məşqçinin agenti iddiaları təkzib etmişdi. Kloppun agenti bildirmişdi ki, o, hazırda məşqçi kimi işləmək istəmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.