Dünya
Rusiya Ukrayna ilə birbaşa danışıqlara razıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara razıdır.
AZERFAX.AZ xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Kiyev tərəfi hələlik bu məsələ barədə mövqe ortaya qoymayıb. Peskov, ABŞ-nin Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq səylərinin uğurlu ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin təkliflərə açıqdır.
Peskov, “Biz başa düşürük ki, Vaşinqton bu prosesdə tez uğur əldə etmək istəyir. Lakin eyni zamanda başa düşürük ki, Ukrayna böhranının əsas səbəbləri bir gündə həll oluna bilməyəcək qədər mürəkkəbdir. Nəzərə alınmalı olan bir çox nüanslar var”, – deyə bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.