Bu ölkə çökür – 28 şəhərin səthi endi

AZERFAX.AZ xəbər verir ki, 2015-2021-ci illər arasındakı təhlilə əsasən bütün şəhərlərdə torpaqların azı 20 faizinin dağıldığı müəyyən edilib. Təxminən 34 milyon insanın yaşadığı bu şəhərlərdə çöküşə urbanizasiya, quraqlıq və dəniz səviyyəsinin qalxması olmaqla müxtəlif amillərin səbəb olduğu bildirilir. Ekspertlərin fikrincə, bu, infrastrukturun təhlükəsizliyi və daşqın riski baxımından ciddi problemlərə səbəb ola bilər.
Səthinin 98 faizindən çoxu çökmüş şəhərlər arasında Çikaqo, Dallas, Kolumbus, Detroit, Fort Uort, Denver, Nyu-York, İndianapolis, Hyuston və Şarlotta var. Xüsusilə Hyuston ən çox təsirlənən şəhərdir, torpaq ildə 5 millimetrdən çox çökür. Bildirilib ki, şəhərin 40 faizindən çoxu bu göstəricini keçib, 12 faizində isə ildə 10 millimetrdən çox çökmə müşahidə olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.