“Real” Ançelottini buraxmaq istəmədi – Braziliya ilə gərginlik

Braziliya Futbol Federasiyası ilə “Real Madrid” arasında gərginlik baş verib.
AZERFAX.AZ xəbər verir ki, federasiya “Real” rəhbərliyindən Karlo Ançelottini vaxtından əvvəl buraxmasını tələb edib. “Real” rəhbərliyi isə tələbi rədd edib. Ardınca Braziliya Futbol Federasiyası “Real Madrid” klubunu Braziliyada bütün akademiya oyunlarına qadağa qoymaqla hədələyib. Bu qalmaqaldan sonra “Real” tərəfi klubun U18 komanda seçmələrini Braziliya əvəzinə ABŞ-də keçirməyə qərar verib. Braziliya Futbol Federasiyası hədəsini geri çəksə də, “Real” geri çəkilməyib.
İspaniya klubu akademiyaya istedadlı futbolçuların seçimlərini ABŞ-də keçirəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.