AZERFAX TV

Həbib və İslam döyüşə qatılmayacaq

“Həbib Nurməhəmmədovun döyüşü olduğu üçün qatılmayacaq. İslam Mahaçayev isə məşqlərimdə iştirak etməyib. Özü deyib ki döyüşdüyünü görmədiyi döyüşçülərin küncündə olmaq istəmir”.

AZERFAX.AZ xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin iştirakçısı İkram Aliskerov mətbuat konfransında deyib.

Rusiyalı idmançə rəqibi Brunno Ferreyraya qarşı baş tutacaq görüşdən söz açıb:

“Dağıstanın cənubunda yaşayıram. Oradan Bakıya gəlməyim 2 saatımı aldı.

Dağıstandan nə qədər adam gələcək? deyə bilməyəcəm dəqiq olaraq (gülür). Mənim komandam 10 nəfər olacaq. Burada mənə dəstək göstərəcəklər. Amma saya bilmərəm, yəqin ki, çoxlu azarkeş olacaq. Evimə 2 saatlıq yoldur. Əslində buraya maşınla gəlmişəm. Elə də uzaq deyil. Özüm kənddənəm, orada özümü daha yaxşı hesab edirəm. İndi isə şəhərdə yaşayıram. Ev evdir”.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button