Ölkə
Zamiq Əliyev Albaniya çempionu oldu

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.
AZERFAX.AZ xəbər verir ki, komanda pley-off həlledici görüşündə “Vlajniya” ilə qarşılaşıb. “Eqnatiya” 4:0 hesablı qələbə qazanaraq ölkə çempionu olub. Zamiq də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.