Ölkə

​ABŞ Ukrayna ilə iqtisadi tərəfdaşlıq sazişi imzaladı


ABŞ Ukrayna ilə iqtisadi tərəfdaşlıq sazişini imzalayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukrayna parlamentinin saytında məlumat verilib. Bildirilib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-Ukrayna iqtisadi tərəfdaşlıq sazişini imzalayıb. Müqavilə Ukraynaya məxsus nadir torpaq elementlərinə dair iki ölkə arasında əməkdaşlığı da nəzərdə tutur. Vaşinqtonda imzalanan saziş daha sonra Ukrayna parlamenti tərəfindən qəbul edilib.


Qeyd edək ki, iqtisadi tərəfdaşlıq sazişi ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur. Saziş ABŞ-yə Ukraynanın təbii sərvətlərinə Kiyevə verdiyi hərbi və maliyyə dəstəyi müqabilində çıxış imkanı verəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button