İdman

53 il sonra tarix yazdılar

İtaliya kubokunun finalında “Milan”ı məğlub edən “Bolonya” ilə bağlı maraqlı statistika açıqlanıb.
AZERFAX.AZ xəbər verir ki, “Bolonya” 1974-cü ildən bəri ilk dəfə İtaliya kubokunu qazanıb və bu klubun qazandığı ümumilikdə üçüncü kubok olub.

Qeyd edək ki, “Milan” – “Bolonya” oyunu 1:0 hesabı ilə bolonyalıların xeyrinə başa çatıb. 53-cü dəqiqədə Ndoyenin qolu “Bolonya”ya kuboku qazandırıb. Bununla da, “Bolonya” tarixində 3-cü dəfə İtaliya Kubokunu öz muzeyinə aparıb. “Bolonya” daha əvvəl 1970 və 1974-cü illərdə bu sevinci yaşayıb. Tarixində 5 dəfə bu kuboku qazanan “Milan” 2003-cü ildən sonra ilk dəfə finalda məğlubiyyətlə üzləşib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button