Ölkə

Faciəvi şəkildə ölən Elgünün imtahan nəticəsi açıqlandı

Gəncədə döyülərək öldürülən Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bu gün açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, mərhum 11-ci sinif şagirdi Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.
Bu barədə bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş göndərilib:

“İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız”.

Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button