İdman

İspaniya Superkuboku-2025-in bütün iştirakçılarının adları dəqiqləşib

İspaniya Superkuboku-2025-in bütün iştirakçılarının adları dəqiqləşib.

AZERFAX.az xəbər verir ki, turnirdə La Liqada ilk 4 pillədə qərarlaşan komandalar qarşılaşacaqlar.

Reqlmentə əsasən turnirə ölkə kubokunun finalçıları ilə çempionatda ilk pillələrdə qərarlaşan klublar vəsiqə qazanırlar. Kubokun həlledici matçında qarşılaşan “Barselona” ilə “Real” La Liqada da 1-2-ci yerləri tutublar. Nəticədə mövsümün 3-cü və 4-cü pillədə vuran “Atletiko” və “Atletik” Superkubokda oynamaq hüququ əldə ediblər.

2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanında baş tutacaq turnirin yarımfinalında “Barselona” “Atletik”lə, “Real” isə “Atletiko” ilə qarşılaşacaq.

Qeyd edək ki, İspaniya Superkubokunun son qalibi “Barselona” olub.

Related Articles

Bir cavab yazın

Back to top button