Ölkə

Azərbaycan-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ konqresmeni Co Vilsonla görüşüb və Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib. Tərəflər Azərbaycan-ABŞ münasibətlərinin strateji əlaqələri barədə fikir mübadiləsi aparıb, uzunmüddətli regional təhlükəsizliyi, sülhü və sabitliyi təşviq etmək məqsədilə ABŞ Konqresi ilə institusional əməkdaşlığı vurğulayıblar.

Görüşdə Azərbaycanın əsas regional rolu vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button