Siyasət

Hakan Fidan və Lavrov Rusiyada danışıqlar aparacaqlar

Türkiyənin xarici işlər naziri Hakan Fidan 25-27 may tarixlərində Rusiyaya rəsmi səfər edəcək.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Səfər çərçivəsində Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacağı gözlənilir.
Əvvəlki görüşlərdə tərəflər arasında ikitərəfli münasibətlərin inkişafı, xüsusən də enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və Qara dənizdə təhlükəsiz gəmiçilik məsələləri müzakirə olunub.

Hakan Fidanın Rusiyaya səfəri, Türkiyənin regionda diplomatik təşəbbüslərini davam etdirməsi və tərəflər arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button