“Həyatımda iki ölüm hadisəsi məndə çox ağır təsir bağışlayıbdır”- İkram Kərimov

“Həyatımda iki ölüm hadisəsi məndə çox ağır təsir bağışlayıbdır”.
AZERFAX.AZ xəbər verir ki, bu sözləri “Kazusmedia” “youtube” kanalına Vəkillər Kollegiyasının (VK) üzvü, VK Ağsaqqallar Şurasının rəhbəri, keçmiş prokuror və hakim, respublikanın əməkdar hüquqşünası İkram Kərimov müsahibəsində deyib.
Vəkil bildirib ki, həmin hadisələrdən biri Quba rayonunda, digəri isə Beyləqan rayonunda baş vermişdi.
Respublikanın əməkdar hüquqşünası müsahibəsində həmin dəhşətli qətl hadisələrinin üstünün necə açılmasının detallarını danışıb.
Eyni zamanda İkram Kərimov son illər Azərbaycan Vəkillər Kollegiyasında görülən işlərə də toxunub, aparılan islahatları yüksək qiymətləndirib.
“Xidmətlərimə dövlət və prokurorluq tərəfindən yüksək qiymət verilib. Gənc yaşlarımda çoxlarının nail ola bilmədiyi rütbələri almışam, dövlət təltifləri ilə mükafatlandırılmışam”, – deyə İkram Kərimov əlavə edib.
Qeyd edək ki, yeni fəaliyyətə başlayan “Kazusmedia” platforması “Hüquqşünasa 7 sual” və “Hüquqşünasla müsahibə” adlı layihələr üzrə müxtəlif peşələrdə çalışan hüquqşünaslarla fərdi müsahibələr hazırlamaqdadır. Layihənin rəhbəri vəkil Paşa Səfərov, layihə icraçısı isə jurnalist İ. Nəsiblidir
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.