Ölkə

Qarabağda hotellər niyə bahadır?


Son dövrlər Qarabağ bölgəsinə maraq xeyli artıb. Həm təşkil olunmuş turlar vasitəsilə, həm də fərdi şəkildə bölgəyə səyahət edənlərin sayı getdikcə çoxalır. Ancaq səyahətçilərin əksəriyyəti Qarabağda mövcud hotellərin baha qiymətlər təklif etdiyini bildirirlər. Bəs Qarabağda hotellər niyə bahadır?

Turizm eksperti Ceyhun Aşurov AZERFAX.AZ-a açıqlamasında bildirib ki, Qarabağda hotellərin sayı çox azdır:



“Demək olar ki, iki-üç hotel fəaliyyət göstərir və onların da əksəriyyəti beşulduzlu hotellərdir. Hazırda Xankəndidə yeni hotellər açılır, lakin ora getmək o qədər də əlverişli deyil. Gedişlər əsasən qısa müddətli və icazə əsasında təşkil olunan qruplar üçün mümkündür. Sayın az olması qiymətlərin yüksək olmasına səbəb olur. Düşünürəm ki, gələcəkdə orada da tələbat artdıqca və yeni hotellər açıldıqca qiymətlər normallaşacaq”.

C.Aşurov qeyd edib ki, hazırda bu bölgədə beşulduzlu hotellərdə qiymətlər 200 manat civarındadır, kiçik butik hotellərdə isə bu rəqəm 100 manat ətrafındadır:

“Orada günlük kirayə verilən evlər də mövcuddur. Bu evlər əsasən yerli əhaliyə və gələn qonaqlara təqdim olunur. Qarabağda qiymətlərin yüksək olmasının başqa bir səbəbi isə bölgədə aparılan genişmiqyaslı infrastruktur işləridir. Hazırda bir çox iş heyətləri həmin ərazidə fəaliyyət göstərir və bu da məcburi yerləşmə ehtiyacını artırır. Bu da qiymətlərin qalxmasına təsir göstərən amillərdən biridir”.

Sevinc İbrahimzadə / AZERFAX.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button