Dünya

“Tesla”nın səhmləri ucuzlaşır

“Tesla”nın səhmləri şirkətin baş direktoru İlon Mask və ABŞ Prezidenti Donald Tramp arasında ictimai mübahisənin kəskinləşməsi fonunda ucuzlaşıb.

AZERFAX.AZ xəbər verir ki, “Wall Street”də ticarətin açılışında “Tesla”nın səhmləri 323,87 dollar olub. Son məlumatlara görə isə səhmlərin dəyəri 8,99% ucuzlaşaraq təxminən 302 dollara düşüb.
Qeyd edək ki, İlon Mask dünyanın ən varlı adamları siyahısında birinci yeri tutmaqda davam edir, lakin onun sərvəti 33,9 milyard dollar azalaraq 334,5 milyard dollara çatıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button