Ölkə
Daşkəsəndə yük maşını sürücüsü bədbəxt hadisə nəticəsində ölüb.

Daşkəsəndə 63 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayon 1963-cü il təvəllüdlü rayon sakini E. Əhmədov idarə etdiyi yük maşınından qum boşaltmaq üçün arxa kuzanı qaldırıb. Bu zaman ehtiyatsızlıqdan qoşqu ona dəyib. Zərbədən E. Əhmədov yerə yıxılıb və yük yerində olan qum onun üzərinə tökülüb. Qumun altında qalan sürücü dünyasını dəyişib.
Hadisə baş verən yerə Daşkəsən rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu