İsrail “Hizbullah”ı məhv etməklə hədələdi

AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
O bildirib ki, əgər “Hizbullah” İranın tərəfində çıxış edərsə, tamamilə məhv edilə bilər.
Nazir vurğulayıb ki, onlar İranın göstərişi ilə İsrailə qarşı təhdidlər səsləndirir.
“Livanın bu təşkilatına xəbərdarlıq edirəm: İsrail artıq ona qarşı təhdidlərə dözümlü yanaşmır. Əgər terror olacaqsa, “Hizbullah” olmayacaq”,- o qeyd edib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.