Ağ ev Trampın Suriya ilə bağlı qərarını açıqladı

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Leavitt mətbuat brifinqində danışıb. Onun sözlərinə görə, Trampın bu qərarı Suriyanın sabitlik və sülhə gedən yolunu dəstəkləmək və təşviq etmək səyidir.
Karolin Leavitt, “İcra sərəncamı keçmiş prezident Bəşər Əsəd və onun tərəfdarlarına, insan haqlarını pozanlara, narkotik tacirlərinə, kimyəvi silah fəaliyyətləri ilə əlaqəli şəxslərə, İŞİD və ona bağlı təşkilatlara və İranın dəstəklədiyi qüvvələrə qarşı sanksiyaları davam etdirərkən Suriyaya qarşı sanksiyaları ləğv edir” – deyə bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.