Ölkə
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində və Suraxanı rayonunun Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi, 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.