İdman

Çelsi klublararası dünya çempionatının 2-ci dəfə qalibi oldu.

ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub. 
AZERFAX.AZ xəbər verir ki, final oyununda Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. İst Raterford şəhərindəki “Metlayf” stadionunda keçirilmiş matç PSJ-nin qələbəsi ilə yekunlaşıb – 3:0.

İrandan olan referi Alireza Fəqaninin idarə etdiyi qarşılaşmada bütün qollar birinci hissədə vurulub. İlk iki qolu 22-ci və 30-cu dəqiqələrdə Koul Palmer aktivinə yazdırıb. Sonuncu topun müəllifi isə 43-cü dəqiqədə Joau Pedro olub.

Fasilədən sonra PSJ fərqi aradan qaldırmaq əvəzinə 84-cü dəqiqədə azlıqda qalıb. Juan Neveş kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.

Beləliklə, “Çelsi” tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub. “Zadəganlar” ilk dəfə 2021-ci ildə bu titula sahib çıxıblar.

Qeyd edək ki, 2024/2025 mövsümündə PSJ UEFA Çempionlar Liqasını, “Çelsi” isə Konfrans Liqasını qazanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button