Kindən Haalandın atasına: Oyuna içib baxıbsan?

“Mançester Yunayted” və İrlandiya millisinin əfsanəsi Roy Kin Erlinq Halandın atası Alf-İnqe Haalandın iddiasına sərt reaksiya verib.
AZERFAX.AZ xəbər verir ki, Norveç İngiltərəyə 1:2 hesabı ilə məğlub olduqdan sonra ata Haaland sosial mediada yazıb:
“Hakim səni xilas etdi. Ümid edirəm ki, indi Dünya Kubokunu qazanacaqsan . Amma hiss edirəm ki, bu gün haqsız yerə qarət edildik”.
Matçın hakimi Klement Turpin Norveçin qolunu hesaba almadı, çünki Haaland künc zərbəsi zamanı rəqibini itələmişdi.
“Düşünürəm ki, hakim mübahisəli vəziyyətlərdə İngiltərənin xeyrinə bir çox qərarlar verib. Əsas məqamlardan danışmıram. Görünür, o, İngiltərəyə bir az üstünlük verib – bu, hər matçda baş verir. Mən demirəm ki, o, Norveçi qələbədən məhrum edib. Amma bəzi qərarlar asanlıqla əksinə gedə bilərdi”. Böyük Haalandın sözləridir? O, ümumiyyətlə bu oyunu xatırlayır? Çünki matçlarda həmişə spirtli içki içirmiş kimi görünür. Xeyr, doğrudan da! İçki içirsinizsə, matçı fərqli qəbul edirsiniz. Vəssalam”, – Kin “Sky Sports”a bildirib.



