İdman
FIFA klublararası dünya çempionatında komandalar nə qədər qazanıb?

FIFA klublararası dünya çempionatında iştirak edən klubların qazancı müəyyənləşib.
AZERFAX.AZ xəbər verir ki, çempion olan “Çelsi” turnirdə ümumilikdə 114.6 milyon dollar gəlir əldə edib.
AZERFAX.AZ xəbər verir ki, çempion olan “Çelsi” turnirdə ümumilikdə 114.6 milyon dollar gəlir əldə edib.
Bunun 29 milyon dolları turnirdə iştiraka görə, 86.5 milyon dolları isə əlavə mükafat olub.
İlk “üçlük”də Fransanın PSJ (106.9 milyon dollar), həmçinin İspaniyanın “Real Madrid” (82.5 milyon dollar) klubları yer alıb.
Ən az qazanan klub isə Yeni Zelandiya təmsilçisi “Oklend” olub – 4.6 milyon dollar.
Qeyd edək ki, “Çelsi” finalda PSJ-ni 3:0 hesabı ilə üstələyib. Entso Mareskanın rəhbərlik etdiyi kollektiv yeni formatda keçirilən dünya çempionatını qazanan ilk komanda olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.