108 yaşlı qadının uzunömürlülük sirri: Hər səhər bunu edir

108 yaşlı ABŞ sakini Syuzan Braun uzunömürlülüyünün gizli tərəflərini bölüşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Fox19” nəşri məlumat yayıb.
1918-ci il təvəllüdlü qadın 30 il müəllim işlədiyini və yalnız təqaüdə çıxdıqdan sonra “özü üçün yaşamaq” vaxtının gəldiyini bildirib. O, çox yaşamasının əsas sirrini idmana olan sevgisi və ümumi aktivliyi ilə əlaqələndirir.
Hazırda uzunömürlü qadın həftədə üç dəfə yaşlılar üçün yerli mərkəzdə qrup məşqlərinə qatılır. Bununla yanaşı, o, artıq 20 ildir ki, hər səhər birbaşa döşəmənin üzərində xüsusi idman hərəkətləri kompleksini yerinə yetirir və bu vərdişini heç vaxt pozmur.
S.Braun hələ də avtomobil idarə etməsi ilə fəxr edir və 2033-cü ilə qədər etibarlı olan sürücülük vəsiqəsini hər kəsə qürurla göstərir. Özü haqqında danışarkən “mən kübarcasına qocalıram” ifadəsini işlədir.
Qeyd edək ki, qadının 108 illik yubileyinə Delaver ştatının qubernatoru da daxil olmaqla 130-dan çox qonaq gəlib. Doğum günündə ona verilən ən gözəl hədiyyə isə yaşı yüzü keçmiş sürücülər üçün nəzərdə tutulmuş xüsusi parklanma yeri olub.
Müəllif: Adəm



