AZERFAX TV

2 ölü, 5 ağır yaralı

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qohum ailələr arasında baş verən silahlı insidentdə 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

AZERFAX.AZ xəbər verir ki, hadisə Kurtalan rayonunun Gözpınar kəndinin Seyitmeryem məhəlləsində baş verib. Məlumata görə, qohumlar arasında borcla bağlı yaranan mübahisə daha sonra silahlı davaya çevrilib.

Hadisə yerinə təcili tibbi yardım və jandarm qüvvələri cəlb olunub. Yaralılar təcili yardım avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Jandarm əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button