AZERFAX TV
20 il sonra da qayıtsam…

Keçmiş UFC çempionu və Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov bildirib ki, nüfuzlu liqa öz döyüşçüləri üzərində inhisara malikdir.
AZERFAX.AZ xəbər verir ki, Nurməhəmmədov “Smol Talk” “YouTube” kanalına verdiyi müsahibədə deyib:
“Digər liqaların UFC səviyyəsinə yüksəlməsi bir səbəbdən çox çətindir: dünyanın bütün ən yaxşı döyüşçüləri UFC ilə eksklüziv müqavilələr əsasında fəaliyyət göstərirlər. Təəssüf ki, məsələn, Konor başqa yerdə döyüşə bilməz, müqaviləsini yerinə yetirməlidir.
Geri qayıtmağı planlaşdırmıram, amma qərar versəm belə, UFC-dən başqa heç yerə qayıda bilmərəm. Hətta 20 ildən sonra belə”.



