40 yaşlı aktrisa özünəməxsus görünüşünü bərpa etdi

Aktrisa Lindsi Lohan yeni imici ilə diqqət çəkib.
AZERFAX.AZ xəbər verir ki, o, fotolarını “Instagram”da paylaşıb.
40 yaşlı aktrisa özünün ikonik sayılan qızılı saç rənginə qayıdıb. O, həmçinin çəhrayı pomada ilə makiyaj edib. Kadrdakı aktrisa çəhrayı haşiyəli mavi kimonoda görüntülənib.
Qeyd edək ki, Lohan bir neçə ildir sarışın idi.
Aktrisa maliyyəçi Bader Şammas ilə birlikdə oğlan övladı böyüdür. Cütlüyün münasibətləri 2019-cu ildə başlayıb. İki il sonra biznesmen Lohana evlilik təklifi edib, o da buna razılıq verərək sosial şəbəkələrdə nişanlandıqlarını elan edib. 2022-ci ildə isə cütlük ailə həyatı qurub.
2023-cü ilin martında aktrisanın hamiləliyi ilə bağlı yayılan şayiələri o, sonradan təsdiqləyib. Cütlüyün ilk övladı 16 iyul 2023-cü ildə dünyaya gəlib. Valideynlər oğlana ərəbcə “müdafiəçi” mənasını verən Luay adını qoyublar. Lohan hələlik oğlunun üzünü gizlədir. Aktrisanın sözlərinə görə, onun üçün övladından daha əziz heç nə yoxdur və o, onu ictimaiyyətə göstərməyə hazır deyil.
Hüseyn İbadlı



