AZERFAX TV

460 milyon qrivnanın yuyulmasında iştirak edib…

Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (İAP) Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri Andrey Yermaka qarşı ittiham irəli sürüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə qurumların yaydığı müvafiq açıqlamalarda bildirilib.

Məlumata görə, Kiyev yaxınlığındakı elit tikintidə 460 milyon qrivnanın (10,5 milyon dollar – red.) leqallaşdırılmasında iştirak edən mütəşəkkil qrup ifşa edilib. Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri də onun iştirakçılarından biridir və ona qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsinə (cinayət yolu ilə əldə edilmiş əmlakın mütəşəkkil qrup tərəfindən və ya xüsusilə külli miqdarda leqallaşdırılması) əsasən, cəza əmlak müsadirə olunmaqla, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmədir.

Xatırladaq ki, ötən ilin noyabrın 28-i Yermakın ünvanında axtarışlar aparılıb və daha sonra o, vəzifəsindən azad edilib.

Related Articles

Bir cavab yazın

Back to top button