AZERFAX TV
50-dən çox insan ölüb, 517 nəfər yaralanıb

ABŞ-nin hava zərbələri nətricəsində İranda 50-dən çox insan həlak olub, 517 nəfər yaralanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur “X” sosial şəbəkəsində bildirib.
“19 iyul səhər saat 7:00-a olan vəziyyətə görə, ABŞ-nin aviazərbələri nəticəsində 517 nəfər yaralanıb, 50-dən çox insan həlak olub”, – o yazıb və əlavə edib ki, yaralılar arasında 35 qadın və 18 yaşından kiçik 19 nəfər var.
Bundan başqa, ölən 5 qadın və 2 nəfər 18 yaşından kiçik vətəndaşlardır: “468 nəfər müalicədən sonra evə buraxılıb. Hazırda 33 nəfər xəstəxanadadır”.



