AZERFAX TV

57 yaşlı veteran Bakıdan Qarabağa piyada getdi

Birinci Qarabağ müharibəsinin iştirakçısı Firuz Əliyev Bakıdan Qarabağa piyada yürüşə çıxıb. 57 yaşlı veteran yürüşünü şəhidlərin ruhuna həsr edib.

AZERFAX.AZ Modern.az-a istinadla xəbər verir ki, Firuz Əliyev yürüşə Bakıdakı Şəhidlər xiyabanından başlayıb və artıq 9 gündür yolunu piyada olaraq davam etdirir.

“Gözlərim kövrəlib, Xocalıdayam… Sabah Xankəndiyə çatacağam. Mən Bakıdan, Şəhidlər xiyabanından yola çıxmışam. Artıq 9 gündür yol gəlirəm. Əsgəranı keçmişəm, indi Xocalının girişindəyəm”, – F.Əliyev deyib.

Qarabağ müharibəsi iştirakçısı yürüşünün şəhidlərin ruhuna həsr olunduğunu və bu səfərin özündən qalan bir iz kimi yaddaşlarda yaşamasını istədiyini bildirib:

“Allahdan bir diləyim var ki, məndən bir iz qalsın. Adım “Qızıl fond”da qalsın. Heç nəyim olmasa da, qoy bir veteran, müharibədə iştirak etmiş şəxs kimi bu yolum yadda qalsın”.

Bununla belə, uzun və çətin yol veteranın səhhətinə də təsirsiz ötüşməyib. F.Əliyev ayaqlarında yaralar yarandığını və səhhətində problemlər olduğunu söyləyib.

Buna baxmayaraq, o, yürüşünü davam etdirdiyini və sabah Xankəndiyə çatmağı planlaşdırdığını deyib.

Qeyd edək ki, Firuz Əliyev Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Related Articles

Bir cavab yazın

Back to top button