ABŞ-dan Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni təklif

ABŞ Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün danışıqları yenidən fərqli formatda başlatmalıdır.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Corc Buşun Rusiya üzrə keçmiş köməkçisi Tomas Qrem deyib.
Onun sözlərinə görə, Vaşinqton Moskva və Kiyevlə növbəli şəkildə ikitərəfli danışıqlar aparmalıdır. Qrem hesab edir ki, diplomatik prosesin əsas hissəsi ikitərəfli formatda keçirilməli, zərurət yaranarsa, üçtərəfli görüşlər də təşkil olunmalıdır.
Politoloq dərin fikir ayrılıqlarının aradan qaldırılması üçün “vasitəçilik diplomatiyası”nın, yəni vasitəçinin tərəflər arasında növbə ilə danışıqlar aparmasının vacib olduğunu bildirib.
Qrem müəyyən mərhələlərdə Avropa ölkələrinin də sülh prosesinə cəlb oluna biləcəyini istisna etməyib.
Qeyd edək ki, “vasitəçilik diplomatiyası” birbaşa təmasların mümkün olmadığı münaqişələrdə vasitəçinin tərəflər arasında gedib-gələrək kompromis axtarması üsuludur.
Müəllif: Adəm



