AZERFAX TV

ABŞ İrana qarşı ardıcıl 13-cü gecə hücumlarına başladı

Amerika hərbçiləri yenidən İran ərazisinə zərbələr endirməyə başlayıblar.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, İranın hərbi obyektlərinə zərbələrin endirilməsinə ABŞ-ın Şərq sahil vaxtı ilə saat 18:45-də (Bakı vaxtı ilə 1:45-də) başlanılıb.

“Bu, İranı məsuliyyətə cəlb etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunun ticarət gəmiçiliyinə qarşı təhdidlərini azaltmağa yönəlmiş zərbələrin arxa-arkaya 13-cü gecəsidir”, – deyə CENTCOM əlavə edib.

Bir gün əvvəl ABŞ-ın azı beş hərbi təyyarəsinin Fars körfəzində uçduğu bildirilmişdi.

İyulun 8-də ABŞ ilə İran arasındakı qarşıdurmanın eskalasiyasında yeni mərhələ başlanıb. Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq Amerika qoşunları İran ərazisinə bir sıra zərbələr endiriblər ki, bu da ölkələr arasında memorandum bağlandıqdan sonra ilk belə insident olub. ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu rəsmi şəkildə elan edib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button