AZERFAX TV

ABŞ Milli Kəşfiyyatının direktoru istefa verdi

Tulsi Qabbard ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsindən istefa verib.

AZERFAX.AZ xəbər verir ki, o, 30 iyun 2026-cı ildə vəzifədən ayrılacağını bildirib.

Qabbard rəsmi məktubunda həyat yoldaşında nadir sümük xərçəngi diaqnozu qoyulduğunu və ailəsinə dəstək vermək üçün istefa verdiyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Tulsi Qabbardın istefasından sonra Milli Kəşfiyyat İdarəsinin yeni direktorunun adını açıqlayıb.

Tramp bununla bağlı özünün sosial şəbəkə hesabında yazıb ki, bu vəzifəyə Qabbardın birinci müavini Aaron Lukas gələcək:

“Təəssüf ki, Tulsi Qabbard uzun müddət işlədikdən sonra 30 iyunda vəzifəsindən istefa verəcək. Onun gözəl əri Abrahama bu yaxınlarda nadir sümük xərçəngi növü diaqnozu qoyuldu. Qabbar haqlı olaraq çətin bir mübarizə aparan ərinin yanında olmaq istəyir. Şübhə etmirəm ki, onun əri tezliklə özünü əvvəlkindən daha yaxşı hiss edəcək. Tulsi inanılmaz bir iş görüb və biz onun üçün darıxacağıq. Onun hörmətli birinci müavini Aaron Lukas Milli Kəşfiyyat Direktoru vəzifəsini icra edəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button