Afinadan Türkiyə ilə bağlı müharibə ssenarisi: Qarşıdurma Egeylə məhdudlaşmayacaq

Yunanıstan mediasında Türkiyə ilə mümkün qarşıdurmaya dair yeni iddialar gündəmə gəlib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Yunanıstanın “Geopolitico” nəşri mlumat yayıb.
Nəşr iddia edib ki, Türkiyə ilə mümkün müharibə yalnız Egey dənizi ilə məhdudlaşmayacaq. Bu müharibə Kipr, Şərqi Aralıq dənizi, enerji obyektləri və kritik infrastrukturlara qədər genişlənə bilər.
Analizdə sualtı kabellər və enerji xətlərinin Yunanıstan üçün strateji əhəmiyyət daşıdığı, Revithoussa və Dedeağaçdakı LNG obyektləri, eləcə də Qara dəniz sualtı kabel layihəsinin enerji asılılığını azaltmağa xidmət etdiyi bildirilib.
Yunanıstanın hərbi imkanlarına da toxunulan analizdə Türkiyənin şəxsi heyət, əhali, hava qüvvələri və hərbi-dəniz imkanları baxımından üstün olduğu vurğulanıb.
Digər tərəfdən, mümkün Türkiyə-Yunanıstan qarşıdurmasında NATO-nun avtomatik şəkildə Yunanıstanı müdafiə etməyəcəyi iddia edilib. Bildirilib ki, alyansın əsas rolu tərəflər arasında böhranı idarə etmək və atəşkəsə çağırış etmək ola bilər.
Müəllif: Roza



