AZERFAX TV

Ağdamda minalanmış sahədə yanğın başladı

Ağdamda genişmiqyaslı yanğın başlayıb.

AZERFAX.AZ “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Abdal-Gülablı kəndində baş verib.

Yanğın qısa müddətdə 30 hektar əraziyə yayılıb.

Əraziyə Ağdam və Xocalı rayonlarının yanğınsöndürənləri cəlb edilib. Ərazinin minalı olması yanğına müdaxiləni çətinləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button