AZERFAX TV
Almaniyanın XİN rəhbəri Zelenskidən nə tələb edib?

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukrayna Prezidenti Vladimir Zelenskini tənqid edərək Kiyemdən Berlinin maraqlarını nəzərə almağı tələb edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Nəşrin məlumatına görə, xarici işlər naziri hesab edir ki, Almaniya Ukraynaya ən fəal şəkildə maliyyə və hərbi yardımlar göstərməsindən qazanc əldə etməlidir. O, Kiyevi Almaniyanın hərbi-sənaye kompleksinə verilən sifətlərin həcmini artırmağa çağırıb.
“Hazırda biz Almaniyada yerləşdirilən sifətlərin sayından tam olaraq razı deyilik. Buna görə də biz Ukrayna hökumətindən bunu yenidən nəzərdən keçirməyi və yaxşılaşdırılmasını təmin etməyi xahiş etdik”, – deyə Vadeful bildirib.
Hüseyn İbadlı



