Amerikalılar “Ayfon”u niyə basdırdılar – Kapsul 2276-cı ildə açılacaq

Bir neçə gündür ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünü qeyd edir.
AZERFAX.AZ xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın dövlət kimi qurulmasının 250 illiyi şərəfinə nəhəng bir zaman kapsulu hazırlanıb. Onun 2276-cı ildə, ölkənin 500 illiyi münasibətilə açılması planlaşdırılır. Kapsula qoyulan əsas artefaktlardan biri “iPhone” olub.
“Bütün Amerika ştatlarını təmsil edən yüzlərlə artefakt arasında “Cosmic Orange” rəngdə istehsal edilmiş “iPhone 17 Pro Max” da var. Əgər gələcək nəsillər 250 il sonra smartfonun işə salıb onu araşdıra bilsələr, onlar üçün cihazda “Notes” tətbiqi vasitəsilə öyrənə biləcəyi rəqəmsal materiallar var”, – “9to5Mac” portalı yazıb.
Lakin mütəxəssislər cihazın işlək vəziyyətdə qalacağına şübhə ilə yanaşırlar. Çünki litium-ion batareyasının bu müddət ərzində tamamilə sıradan çıxma ehtimalı yüksəkdir.
Müəllif: Tural



