AZERFAX TV
Arda Gülər üçün yol axtarır

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo 2026/2027 mövsümünə hazırlıq çərçivəsində dilemma ilə üzləşib.
AZERFAX.AZ xəbər verir ki, “Marca”nın məlumatına görə, Mourinyo Cud Bellinqem və Arda Güləri start heyətində yerləşdirməyin yolunu axtarır.
Problem ondadır ki, ingilis və türk oyunçu eyni mövqedə – ən yaxşı hücumameyilli yarımmüdafiəçidirlər.
Bellinqem hazırda yarımmüdafiə iyerarxiyasında Gülərdən yuxarıdadır, lakin Arda yay mövsümü hazırlıq mərhələsində çox yaxşı çıxış etdi. Arda 10 nömrəli mövqeyi çox yaxşı başa düşür və Kilian Mbappe ilə Bellinqemdən daha yaxşı əlaqə qurur.
Qeyd edək ki, İspaniya çempionatının ilk turunda “Real Madrid” səfərdə “Espanyol”la qarşılaşacaq . Oyun 22 avqust şənbə günü keçiriləcək.



