AZERFAX TV
“Atam mənə görə narahat idi”

“Atam mənə görə narahat idi və mənə çox dəstək oldu”.
AZERFAX.AZ xəbər verir ki, bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə meksikalı Manuel Torresi məğlub edən Rafael Fiziyev deyib.
İdmançı qarşılaşma zamanı çətinliklə üzləşdiyini bildirib: “Rəqib ilk raundda barmağı ilə sol gözümə zərbə vurdu. Bundan sonra bulanıq görməyə başladım. İkinci raundda düşünürdüm ki, fırlanaraq zərbə vurum və bu, məndə alındı. Artıq səkkizinci dəfədir ki, UFC-də döyüşürəm. Burada qazandığım məbləği isə normal qarşılayıram”.



