AZERFAX TV
“Atletiko” 120 milyon istəyir, “Barsa” 100 milyon verir

“Barselona” hücumçu Julian Alvares üçün “Atletiko Madrid”ə təxminən 100 milyon avroluq ilk təklifi etmək niyyətindədir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, “hindular” hücumçunun potensial satışından 120 milyon avrodan çox qazanc əldə etmək istəyirlər. Bu, “Barsa”nın 2019-cu ildə hücumçu Antuan Qrizmann üçün ödədiyi məbləğdir.
Alvares başqa kluba keçmək istədiyini açıq şəkildə bildirib.
Argentinalı bu mövsüm bütün yarışlarda 49 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun “Atletiko” müqaviləsi 2030-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.



