AZERFAX TV

Qəbizliyin gizli səbəbləri: Həkimlər xəbərdarlıq etdi

Qəbizlik hər zaman yalnız az su içmək və ya qidada lif çatışmazlığı ilə bağlı olmur. Amerikalı qastroenteroloqlar Stefani A. Makəbi və Ceremi Polman “HuffPost” nəşrinə açıqlamalarında bağırsaq problemlərinin az bilinən səbəblərini açıqlayıblar.

AZERFAX.AZ xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi dərman preparatları, həyat tərzi və yuxu çatışmazlığı da bağırsaqların fəaliyyətinə ciddi təsir göstərə bilər.

Makəbi bildirib ki, yoğun bağırsaq 24 saatlıq bioloji ritmə uyğun fəaliyyət göstərir:

“Adətən bağırsaqlar səhər saatlarında daha aktiv olur, gecə isə fəaliyyəti zəifləyir. Yuxusuzluq bu ritmi poza və qəbizlik riskini artıra bilər”.

Ceremi Polman isə antihistamin preparatların, həmçinin kalsium və dəmir əlavələrinin qəbizliyə səbəb ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, güclü stress və narahatlıq da bağırsaq-beyin əlaqəsinə təsir edərək həzm sisteminin normal işini poza bilər.

Həkim əlavə edib ki, tualetə getmək istəyini uzun müddət saxlamaq da nəcis kütləsinin bərkiməsinə gətirib çıxarır.

Mütəxəssislər qəbizliyin qarşısını almaq üçün daha çox su içməyi, liflə zəngin qidalar qəbul etməyi və fiziki aktivliyə diqqət ayırmağı tövsiyə edirlər. Bundan başqa, gündə ən azı yeddi saat yatmaq və bağırsaq problemlərini uzun müddət diqqətsiz qoymamaq məsləhət görülür.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button