Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi müzakirə olundu

Azərbaycanın Riqadakı səfiri Nərminə Mustafayeva Latviya Seyminin sədri Dayqa Mierina ilə görüşüb və iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə N. Mustafayeva “X” sosial şəbəkə hesabında yazıb.
“Latviya Seyminin sədri Dayqa Mierina ilə bugünkü görüşü çox yüksək qiymətləndirdim. Biz Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi və iqtisadi əlaqələrimizin genişləndirilməsi barədə səmimi və konstruktiv fikir mübadiləsi apardıq”, – o bildirib.
Qeyd olunub ki, məqsəd əldə edilmiş irəliləyişi daha da inkişaf etdirmək, ölkələr və xalqları bir-birinə daha da yaxınlaşdırmaqdır.
I greatly appreciated today’s meeting with Speaker of the Latvian Saeima Daiga Mieriņa. We had a warm and constructive exchange on strengthening #Azerbaijan–#Latvia relations, deepening interparliamentary cooperation and expanding our economic ties.
Looking forward to building… pic.twitter.com/yqDUaT68FZ
— Nermine Mustafayeva (@NermineMustafa2) September 29, 2026



